This is a specific ad

Bu gecə metro və avtobusların bir hissəsi bu saata qədər fəaliyyət göstərəcək

226

Another advertisement

Bu gün Albaniya və Gürcüstan yığmaları arasında keçiriləcək oyunda azarkeşlərin rahat hərəkətini təmin etmək məqsədilə Tbilisi metrosunun və bələdiyyə avtobuslarının bir hissəsi sentyabrın 11-i saat 02:00-a kimi işləyəcək.

Gürcü azarkeşlər üçün Tbilisi meriyası və Gürcüstan Futbol Federasiyasının təşkilatçılığı ilə qarşılaşmanın ictimai nümayişinin keçiriləcəyi Respublika meydanında böyük ekran quraşdırılıb.

Tədbirdə iştirak pulsuzdur və vətəndaşlara N301, N306, N308, N310, N311, N314, N326, N331, N337, N342, N345, N352, N358, N359, N3864, N33 və N387 nömrəli avtobuslar xidmət göstərəcək. . Tbilisi metrosu da gec saatlara qədər işləyəcək.

UEFA Millətlər Liqasının qrup mərhələsinin səfər oyunu bu gün Tbilisi vaxtı ilə saat 22:45-də Tirana şəhərində keçiriləcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcü arzusu seçki siyahısını təqdim edib
Öncəki yazı
Zurabişvili ikinci müddətə prezident olmaq barədə düşünür