“Bu gün ən çox sizin gününüzdür, çünki müharibəyə, işğala və digər təzyiqlərə baxmayaraq, gürcü xalqı öz sözünü deyib, öz yolunu seçib və artıq bu yolda tərəddüd etmir. Çünki bilirik ki, bu yol mədəniyyətimizin, kimliyimizin, təhlükəsizliyimizin, sülh və ərazi bütövlüyümüzün yeganə yoludur. Digər yol isə köləliyə və özlüyümüzü itirməyə aparır və bu gürcü xalqına kömək etmir”, – prezident Salome Zurabişvili əhaliyə müraciət edərək Avropa Komissiyasını Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməsi haqqında müsbət tövsiyə verilmsəi münasibətilə təbrik edib.
Noyabrın 8-də Avropa Komissiyası bəzi islahatların aparılması şərti ilə Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib. Statusun verilməsi ilə bağlı qərar dekabrın 14-15-də keçiriləcək sammitdə qəbul edilməlidir.