This is a specific ad

Bu bitki iştahı açır, həzmə kömək edir

53

Another advertisement

Nanə sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bitkidir.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, nanə iştahı açır, əsəbləri sakitləşdirir, baş ağrısını yüngülləşdirir və qızdırmanı salır.

Bundan başqa nanə, həzm sistemi və mədə üçün də çox faydalıdır, bağırsaq qurdlarına qarşı effektivdir, ürək bulanmasını və mədə ağrısını aradan qaldırır. Diş ağrısını və ağız qoxusunu aradan qaldırmağa kömək edir, ana südünü artırır.

Nanədən əldə edilən yağdan dəridəki yanıq ləkələrini aradan qaldırmaqda və soyuqdan qaynaqlanan şişkinliyin müalicəsində istifadə edilir.

Soyuqdəymə və öskürəyə qarşı yaxşı təsir göstərir. Həmçinin nanədən yeməklərinizə dad qatmaq və ya çay hazırlamaq üçün istifadə edə bilərsiniz.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Gürcüstan və Türkiyə XİN başçıları görüşüb
Öncəki yazı
Tbilisidə avtomobil Kür çayına düşüb – 1 ölü