Bu Avropa ölkəsi NATO-ya üzvlük məsələsini müzakirəyə çıxarır

69

Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger ölkənin neytrallıqdan imtina edib NATO-ya üzv olmaq ehtimalını istisna etməyib.

Nazir qlobal təhlükəsizlik risklərinin artdığını vurğulayaraq bildirib: “Təkcə neytrallıq bizi qoruya bilməz. Avstriyanın müdafiəsi üçün həm hərbi potensialımıza, həm də beynəlxalq tərəfdaşlıqlara sərmayə yatırmalıyıq. Mən bu məsələ ilə bağlı ictimai debatlara tam açığam. NATO-ya üzvlüklə bağlı parlament və xalq arasında dəstək olmasa da, belə müzakirələr faydalı ola bilər”.

Kateqoriya: Dünya
Sonrakı yazı
Paytaxtda mənzil neçəyədir?
Öncəki yazı
Türkiyədə meşə yanğınları genişlənir: Antalyadan Bursayadək minlərlə insan təxliyə olunub