This is a specific ad

Bu ailələrə ev hədiyyə olunacaq

344

Another advertisement

Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışığın Təminatı Agentliyi 603 məcburi köçkün ailəsi üçün kənd yerlərində ev alacaq.

QafqazTürk Media xəbər verir ki, sözügedən qərar Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin əmək, səhiyyə və sosial müdafiə nazirinin 01-30/N saylı əmrinə əsasən Məcburi Köçkünlərin Öyrənilməsi Komissiyası tərəfindən qəbul edilib.

“Agentlik məcburi köçkün ailələri ilə bağlı monitorinqlər aparıb, onların yaşayış şəraitini yerində öyrənib. Komissiya nazirin tapşırığına uyğun olaraq hər bir ailənin köçürülməsi məsələsini müzakirə edib.

Adıçəkilən ailələrin siyahısı agentliyin saytında dərc olunub. Köçkün ailələrə Gürcüstanın istənilən bölgəsində ev seçmək üçün altı ay müddət verilir. Mənzilin alınması üçün ayrılan məbləğ ailənin imkanları nəzərə alınmaqla müəyyən edilir.

“Bağ evi” alqı-satqısı layihəsi çərçivəsində məcburi köçkün ailələrinin müraciətləri davamlı olaraq qəbul edilir. Bu il agentlik artıq 1132 köçkün ailəsi üçün yeni mənzil alıb və bu proses fəal şəkildə davam etdiriləcək”, – deyə agentlikdən bildirilib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Diqqət!- Xalçalarda sağlamlığınız üçün təhlükəli olan bu bakteriya və mikroblar ola bilər
Öncəki yazı
Rövşən İskəndərovun və Etibar İskəndərovun vəkilinin məhkəmədəki təklifi təmin edilmədi