Brüsseldə NATO–Ukrayna Şurasının fövqəladə iclası keçiriləcək

68

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial platforma X-də bildirib ki, bu gün Brüsseldə NATO–Ukrayna Şurasının fövqəladə iclası baş tutacaq.

Onun sözlərinə görə, iclas Ukraynanın tələbi ilə və Rusiyanın son günlər həyata keçirdiyi kütləvi hava hücumlarına cavab olaraq çağırılıb.

“Gözlənilir ki, birgə atılacaq addımlar ətrafında fokuslanmış müzakirə aparılacaq. Məqsəd – Rusiyanın sülh təşəbbüslərini rədd etməsinə və ukraynalılara qarşı terrorun eskalasiyasına adekvat cavab verməkdir. NATO-ya və bütün müttəfiqlərə minnətdarıq ki, Ukraynaya və sülh səylərinə möhkəm dəstək göstərirlər. Müharibənin uzanması Moskva üçün nəticə doğurmalıdır – daha güclü təzyiq hiss olunmalıdır,” – deyə Sibiqa qeyd edib.

Xatırladaq ki, avqustun 28-nə keçən gecə Rusiya Ukraynanın müxtəlif regionlarına genişmiqyaslı hücum həyata keçirib. Nəticədə paytaxt Kiyev ciddi zərər görüb.

Sonrakı yazı
Əfqanıstanda güclü zəlzələ: ölənlərin sayı 812-yə çatdı
Öncəki yazı
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb