This is a specific ad

“British Airways” və BBC-nin minlərlə əməkdaşının məlumatları ələ keçirilib

47

Another advertisement

Böyük Britaniyanın “British Airways” aviaşirkətinin, BBC yayım şirkətinin və “Boots” apteklər şəbəkəsinin minlərlə əməkdaşının şəxsi məlumatları irimiqyaslı kiberhücum nəticəsində ələ keçirilib.

Qafqaztürk xəbər verir ki, bu barədə bu gün “The Daily Telegraph” qəzeti şirkətlərin nümayəndələrinə istinadən məlumat yayıb.

“British Airways”in rəhbərliyinin bildirdiyinə görə, kibertəhlükəsizlik sahəsindəki insident Böyük Britaniya və İrlandiyada şirkətin əməkdaşlarının şəxsi məlumatlarının ələ keçirilməsinə səbəb olub. İşçilərin ad və soyadları ilə yanaşı, onların yaşayış ünvanları, sosial sığorta nömrələri və bank rekvizitləri də “oğurlanıb”.

Qəzet yazır ki, haker hücumu əsasən onlarla böyük firma, o cümlədən “British Airways” üçün əməkhaqqı proqramlarını hazırlayan “Zellis” şirkətini hədəf alıb. “Zellis”in digər müştəriləri, məsələn, “Boots” və BBC də işçilərinin məlumatlarının ələ keçirilməsi barədə məlumat veriblər.

Nəşr əlavə edib ki, “Zellis” hadisə ilə bağlı Britaniya və İrlandiyada səlahiyyətliləri xəbərdar edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Hökumət bölgələrdə əhaliyə xidmət göstərəcək “İSUZU” markalı 154 avtobus almağı planlaşdırır
Öncəki yazı
Qoridə güclü dolu yağıb