This is a specific ad

Britaniyalıların 50%-dən çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyib

76

Another advertisement

Britaniyalıların 50%-dən çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyib

Böyük Britaniya vətəndaşlarının əksəriyyəti hesab edir ki, Krallığın parlamentinə seçkilər vaxtından əvvəl – 2024-cü ilin payızında keçirilməlidir.

“TechneUK” sorğusuna əsasən, britaniyalıların təxminən 52%-i vaxtından əvvəl seçkilər ideyasını dəstəkləyib.

Qeyd olunub ki, erkən səsvermənin tərəfdarları arasından respondentlərin 25%-i israrla parlament seçkilərinin tez bir zamanda 2023-cü ildə keçirilməli olduğunu düşünür.

Bununla yanaşı, respondentlərin 28%-i əmindir ki, seçkilər təxirə salınmamalıdır, daha 20%-i isə hələlik öz mövqeyini müəyyən etməyib.

Sorğu müxalifətdəki Leyboristlər Partiyasının mövqelərinin gücləndiyini göstərir. Belə ki, seçicilərin təxminən 45%-i Leyboristlərin lideri Kir Starmerin Britaniyanın Baş naziri, mühafizəkar Rişi Sunakdan daha çox etimada layiq olduğu qənaətindədir.

Sonrakı yazı
İrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib
Öncəki yazı
Hindistanda keçmiş siyasətçisi Atiq Əhməd qardaşı ilə birlikdə canlı yayım zamanı güllələnib