Another advertisement
“Biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün həm ABŞ-ın, həm də Avropa İttifaqının səylərini dəstəkləyirik”.
QafqazTürk xəbər verir ki, Bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “BBC Azərbaycan”a müsahibəsində deyib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqların intensivliyi artıb: “Bu cür danışıqlarda etimadın qorunması vacibdir. Razılaşdırılmalı olan konkret məsələlərlə bağlı qərarların qəbulu istiqamətində irəliləyiş var. Biz vasitəçilik səylərinə böyük dəstək veririk”.