This is a specific ad

Britaniya Rusiya nazirlərinə və Krımda yerləşən “Artek” uşaq mərkəzinə sanksiya tətbiq edib

44

Another advertisement

Böyük Britaniya Rusiyanın ilhaq etdiyi Krımda yerləşən “Artek” beynəlxalq uşaq mərkəzinə və 13 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

QafqazTürk.com xarici mətbuata istinadən xəbər verir ki,sanksiya siyahısına Rusiyanın mədəniyyət və təhsil nazirləri – Olqa Lyubimova və Sergey Kravtsov və jurnalist Anton Krasovski daxil edilib. Onlar Rusiyanın Ukraynaya qarşı müharibəsini və ukraynalı uşaqların zorla deportasiyasını dəstəkləyiblər.

Məlumat üçün bildirək ki, Ukraynada müharibə başlayandan sonra Böyük Britaniya Rusiyanın mindən çox fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib. Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da məhdudiyyətlərdən təsirlənib.

2015-ci ildə müxalif siyasətçi Vladimir Kara-Murzanın təqibində və zəhərlənməsində iştirak edən Rusiya vətəndaşları sanksiyaya məruz qalanlar siyahısına daxil edilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Saxta sənədlərin hazırlanmasına görə 4 nəfər məsuliyyətə cəlb olunub
Öncəki yazı
Polşada 19 yaşlı gürcü həbs edilib