This is a specific ad

Britaniya Kəşfiyyatı – Rusiya 9 May paradlarını ləğv etdi

101

Another advertisement

“Rusiyanın bir neçə bölgəsində 9 Maya həsr olunmuş tədbirlərin ləğv olunması, Kreml üzərində pilotsuz təyyarənin partlaması ilə bağlı Rusiya rəhbərliyi arasında artan təhlükə hissini göstərir,” – QafqazTürk xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin hesabatında deyilir.

Britaniya Kəşfiyyatının məlumatına görə, Rusiyanın 6 bölgəsi və 21 şəhərində, eləcə də işğal olunmuş Krımda 9 May paradları artıq ləğv edilib. Bundan əlavə, Kreml bayram qəbulunu da keçirməyəcək. Moskvada isə, güman edildiyinə görə, daha az miqyaslı bayram keçiriləcək.

“9 May tədbirlərinin ləğvinə, böyük ehtimal, Ukraynadakı müharibəyə görə əhali arasında narazılıq və etirazlar da təsir etdi.” -Britaniya Kəşfiyyatının hesabatında qeyd edilir.

Sonrakı yazı
III Çarlz rəsmən Böyük Britaniya kralı olub
Öncəki yazı
Moldova nəşri: “Minalar Azərbaycan və Ukraynada uşaqları öldürməkdə davam edir”