This is a specific ad

Britaniya kəşfiyyatı: Rusiya Marinka yaxınlığında hücumları gücləndirir

77

Another advertisement

Rusiya Donetsk vilayətinin Marinka şəhəri yaxınlığında hücumları gücləndirir.

QafqazTürk xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayır.

“Rusiya Federasiyası Donetsk vilayətinin Marinka və Avdeevka şəhərləri yaxınlığında əhəmiyyətli hərbi resurslardan istifadə etməkdə davam edir. Beləki Rusiya son 7 gündə Donetskdən 20 kilometr cənub-qərbdə yerləşən Donetsk vilayətinin Marinka şəhəri yaxınlığında zirehli texnikalarının sayını artırıb “, – Britaniya kəşfiyyatı bildirib.

Qeyd edək ki, martın sonunda Britaniya kəşfiyyatı bildirmişdi ki, rus qoşunlarının  Avdeevka şəhərini mühasirəyə almaq cəhdində əhəmiyyətli zirehli texnika itkiləri verərək, orada ciddi irəliləyiş əldə etməmişdi.

Sonrakı yazı
Marneulidə Ağmaşenebeli küçəsinin bərpa işləri davam etdirilir
Öncəki yazı
Qanunsuz ovlanmağa qarşı mübarizədə 125 fakt qeydə alınıb