This is a specific ad

Braziliyanın San-Paulu şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb

180

Another advertisement

Braziliyanın San-Paulu şəhəri yaxınlığında göyərtəsində 62 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.

QafqazTürk media xəbər verir ki, bu barədə məlumatı Braziliya prezidenti Luiz İnasio Lula da Silva yayıb.

“Hamınızın bir dəqiqəlik sükutla ayağa qalxmağınızı istəyirəm, çünki hazırda San-Paulu ştatının Vineida şəhərində göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan təyyarə qəzaya uğrayıb və göründüyü kimi, onların hamısı ölüb.”-deyə Lula bildirib.

Braziliya xilasetmə xidmətlərinin verdiyi məlumata görə, təyyarə yaşayış massivində bir neçə evin üzərinə düşüb.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Rusiya Federasiyasının üç vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib
Öncəki yazı
ABŞ-dan Ukraynaya yeni hərbi yardım