Another advertisement
Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampın “dünyanın imperatoru” olmağa çalışdığını bildirib.
“O, dünyanın imperatoru olmağa çalışır. Hər bir ölkənin işinə və hər bir dövlət siyasətinə qarışmağa çalışır”, – Braziliya prezidenti qeyd edib. O, Donald Trampı hər bir ölkənin suverenliyinə hörmət edilməli olduğunu dərk etməyə çağırıb. Bununla belə, Lula ABŞ-ın Braziliya üçün mühüm ticarət tərəfdaşı olduğunu və ondan daha çox dostluq jestləri görmək istədiyini söylədi.
“Biz bu proteksionizmin dayandırılmasını istəyirik” deyən Lula, Vaşinqtonun polad da daxil olmaqla, Braziliya məhsullarına elan etdiyi tariflərə istinad edərək bildirib.