This is a specific ad

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb

48

Another advertisement

Bu ilin birinci rübü ərzində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 286 müəssisə) xərcləri 327,1 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2,4% azalma deməkdir.

QafqazTürk.com xəbər verir ki,bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 130,4 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (66 şirkət üzrə) 88,8 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 188 kiçik və orta müəssisə üzrə xərcləri 97 mln. dollar, 18 dövlət şirkəti üzrə xərcləri isə 10,9 mln. dollar təşkil edib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Tbilisidə və Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub
Öncəki yazı
Aİ ölkələrindən deportasiya olunan Gürcüstan vətəndaşlarının sayı açıqlanıb