Böyük Britaniyanın Gürcüstan Xarici İşlər Nazirliyindəki fövqəladə və səlahiyyətli səfiri Qaret Uord çağırılıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Agentliyin yaydığı məlumata görə, Xarici İşlər Nazirliyinin rəhbəri Maka Boçorişvili britaniyalı diplomatla görüşüb.
“Görüşdə Böyük Britaniyanın Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsindən narahatçılıq keçirildiyi bildirilib. Maka Boçorişvili izah edib ki, bu cür hərəkətlər iki ölkə arasında mövcud dostluğa xələl gətirir. Bundan əlavə, xarici işlər naziri Gürcüstanda gedən proseslərin obyektiv və qərəzsiz qiymətləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Görüşün sonunda Gürcüstan və Böyük Britaniya xarici işlər nazirlikləri arasında əməkdaşlığın müsbət dinamikaya qayıdacağına ümid ifadə olunub”, – məlumatda deyilir.