This is a specific ad

Böyük Britaniya viza alınması qaydalarını sərtləşdirəcək

20

Another advertisement

Böyük Britaniya krallığı viza və iş icazələrinin alınması qaydalarını sərtləşdirəcək.

QafqazTürk.com TASS-a istinadən xəbər verir ki,buna səbəb qanuni immiqrant axınını ildə 300 min nəfər azaltmaq istəyidir.

Bu barədə Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən ölkənin daxili işlər naziri Ceyms Kleverli bildirib.

“Mənim planım tarixdə xalis miqrasiyada ən böyük azalmanı təmin etməkdir. Bu qanun daha əvvəl tətbiq olunsaydı, keçən il Böyük Britaniyaya 300 min insan daxil ola bilməzdi. Mən iş vizalarının sayının kəskin artmasına, həmçinin qonaqpərvərliyimizdən sui-istifadə etmək istəyənlərə qarşı sərt tədbirlər görəcəyəm”, – deyə Kleverli vurğulayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Çörəyin qiyməti artacaq?
Öncəki yazı
Gürcü politoloqlar Ermənistanda Azərbaycan hərbçisinə ömürlük həbs cəzası verilməsini pisləyiblər