Another advertisement
Böyük Britaniya Ukrayna üçün yeni raketlər almaq üçün 1,6 milyard funt sterlinq ayıracaq.
Böyük Britaniyanın baş naziri Keir Starmer bu barədə liderlərin Londonda Ukrayna ilə bağlı görüşündən sonra açıqlama verib.
Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi proqramı çərçivəsində Böyük Britaniya Ukrayna üçün 5 min zenit-raket kompleksinin alınması üçün 1,6 milyard funt sterlinq ayıracaq. Onun sözlərinə görə, zenit-raket kompleksləri Belfastda istehsal olunacaq və bu, Böyük Britaniyanın müdafiə sektorunda iş yerləri yaradacaq. Starmer deyib ki, məqsəd Ukraynanı mümkün olan ən güclü mövqeyə qoymaqdır ki, onlar güclü mövqedən danışıqlar apara bilsinlər.