Böyük Britaniya Rusiyanın iki böyük neft şirkətinə sanksiya tətbiq edib

66

15 oktyabrda Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, rus neft şirkətlərinə qarşı sanksiyalar tətbiq olunub. 90 bənddən ibarət yeni sanksiya paketi Rusiyanın iki ən böyük neft şirkətinə – Rosneft və Lukoil-ə şamil edilir.

Hər iki şirkət birlikdə gündəlik 3,1 milyon barrel nefti ixrac edir. Bununla yanaşı, təkcə Rosneft Rusiyada hasil olunan neftin demək olar ki, yarısını istehsal edir ki, bu da dünya istehsalının 6%-nə bərabərdir.

Bəyanatda həmçinin qeyd olunur ki, hökumət Rusiyanın “kölgə donanması” adlanan və dünya üzrə rus neftinin daşınmasına cavabdeh olan 44 yük gəmisinə də sanksiya tətbiq edib.

Xarici işlər naziri İvet Kuper bildirib:

“Ukrayna üçün bu həlledici məqamda Avropa dəstəyini artırır. Birləşmiş Krallıq müttəfiqləri ilə birlikdə Rusiyanın neftinə, qazına və onun “kölgə donanmasına” təzyiqi gücləndirməyə çalışır.”

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Putin və Tramp arasında baş tutan danışığın nəticəsi məlumdur, təfərrüatlar…
Öncəki yazı
17 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur