Böyük alimin xatirəsi doğulduğu torpaqda,doğma Vətənində anıldı

0

Dünən,yəni iyul ayının 23-də türkoloq-toponomist alim, New-York Elmlər Akademiyasının akademiki,filologiya elmləri doktoru,professor, Prezident təqaüdçüsü, Gürcüstan Azərbaycanlıları Konqresinin Fəxri üzvü Mədəd Çobanovun xatərəsinə həsr olunmuş anım mərasimi keçirildi. Mərasim Tbilisidə Mirzə Fətəli Axundovun Ev Muzeyində baş tutdu. Tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı, Qafqaz-Türk Mediyanın dəstəyi ilə həyata keçirildi.

Tədbiri muzeyin direktoru Leyla Əliyeva açdı. Tədbir iştirakçılarını salamladı,muzeyin hər zaman Gürcüstan azərbaycanlılarının xidmətində olduğunu vurğuladı və sözü tədbirin təşkilatçısı, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubova verdi. Hüseyn müəllim anım mərasimində iştirak edən hər kəsə dəvətini qəbul edib gəldikləri üçün dərin minnətdarlığını bildirdi. Mədəd müəllimlə dəfələrlə görüşdüyünü,böyük alimin onun qəlbində dərin iz qoyduğunu,onun xatirəsini yaşatmağı özünə mənəvi borc hesab etdiyini söylədi. Eyni zamanda,Mədəd Çobanovun 80 illik yubileyinin Gürcüstan Azərbaycanlıları Konqresində qeyd edildiyini diqqətə çatdırdı və Türk Böyük Elçiliyinin nümayəndəsi sayın Ali İhsan Akbaşın üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, ancaq tədbir iştirakçılarına sevgilərini, sayğılarını göndərdiyini bildirdi, diqqəti üçün Ali İhsan bəyə təşəkkürünü ifadə etdi.

İlk öncə Mirağa Mustafayev alimin ruhuna yasin oxudu. Bundan sonra Hüseyn Yusubov sözü Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramova verdi. Müşavir Azərbaycan Səfirliyinin hər zaman soydaşlarının yanında olduğunu,belə tədbirlərdə iştirak etməyi özlərinə mənəvi borc hesab etdiklərini vurğuladı.

Bundan sonra Konqresin sədri sözü Arif Əliyev adına Faxralı 1 №-li orta məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi,Qafqaz-Türk Medianın əməkdaşı Fatma Əliyevaya verdi. Fatma müəllim tarixin bütün dönəmlərində Gürcüstan əsilli alimlərin,ziyalıların,ədəbiyyat-incəsənət xadimlərinin Azərbaycan elminə,ədəbiyyatına,mədəniyyətinə böyük töhfələr verməsindən bəhs etdi. Bu alimlər içərisində Mədəd Çobanovun xüsusi yeri,mövqeyi olduğunu diqqətə çatdırdı.

Professor Mədəd Çobanovun elmi yaradıcılığının geniş xülasəsini verdi və alimin Azərbaycan Dilçilik elminə gətirdiyi yeniliklərdən danışdı.

Çıxışları Mədəd müəllimin keçmiş tələbələrindən Dini Məsələlər üzrə Agentliyin Kvemo Kartlidəki nümayəndəsi,”Təhsil” qəzetinin təsisçisi Abay Paşayev və Hərbi Akademiyada Mədəd müəllimlə bərabər çalışmış şair Nizami Saraçlı davam etdirdi. Dini Məsələlər üzrə Dövlət Agentliyinim birinci dərəcəli mütəxəsisi Abay Paşayev müəllimi haqqında xoş xatirələrini bölüşdü,onun xatirəsini minnət duyğusu ilə yad etdi. Nizami Saraçlı Mədəd müəllimlə bağlı xatirələr danışdı və ona həsr etdiyi şeirini oxudu.
Tədbirdə şairə Səadət Buta da iştirak edirid. Şairə Mədəd müəllimə həsr etdiyi şeirini alimin ruhuna ərmağan etdi.

Mədəd müəllimin gənclik dostu,tələbə yoldaşı, yazıçı-publisist Əli Abbas alimin həyatına, elmi yaradıcılığına həsr etdiyi kitabını mərasim iştirakçılarına təqdim etdi. Gənclik dostunu ürək yanğısı ilə xatırladı.

İqtsadiyyat üzrə fəlsəfə doktoru,Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin əməkdaşı, ictimai fəal Aygül İsayeva Mədəd müəllimi təəssüflər olsun ki, şəxsən tanımadığını,əsərləri vasitəsilə tanış olduğunu söylədi və alimin 21 il işlədiyi Puşkin adına Tbilisi Pedoqoji İnstitutu yenidən fəaliyyətə başlayarsa, onun da ruhunun şad olacağını ifadə etdi.

Tədbirdə çıxış edən azərbaycan dili ədəbiyyatı müəllimi Növrəstə Məhərrəm qızı Həsənova, Gürcüstan Azərbaycanlıları Konqresinin Qardabani təmsilçisi Lətif Əhmədov,Bolnisi Kəpənəkçi təmsilçisi Çingiz Yaqubov,”Gürcüstan” qəzeti adından qəzetin xüsusi müxbiri, şair Bəhram Mehdi,ictimai fəal Mehman Rəsulov,el müğənnisi Həcər Darvaz qızı,gənc ruhani Əfqan Yolçuyev,Heydər Əliyev adına Tbilisi Dram Teatrının aktrisası Leyla Qasımova çıxış edərək alim haqqında xoş sözlər söylədilər. Şairlərdən Sərxan Candarlı və Vəli Qaraçaylı Mədəd müəllimə həsr etdikləri şeirlərini oxudular.Tədbirdə Borçalının bütün bölgələrindən ziyalılar iştirak edirdi.

Anım gecəsində Mədəd müəllimin ailə üzvləri,yaxın qohumları da iştirak edirdi. Ailə adından alimin qızı Təranə Çobanova və kürəkəni Vaqif Bayramov çıxış edərək anım mərasimində iştirak edən hər kəsə, Gürcüstan Azərbaycanlıları Konqresinə və onun sədri Hüseyn Yusubova,təşkilat komitəsinə qədirbilənliyinə görə dərin minnətdarlıqlarını bildirdilər.

Hüseyn Yusubov mərasim iştirakçılarına Mədəd müəllimin oğlu dəyərli ziyalı Müşfiq Borçalının salamlarını və hər kəsə təşəkkürlərini çatdırdı.

Yekun çıxış olaraq, təşkilat komitəsi,yəni Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və ziyalı Mübariz Qarayev adından sabiq millət vəkili Ramiz Bəkirov Mədəd müəllimin ailəsinə dərin hüznlə başsağlığı verdi. Təşkilati işlərə və təşəbbüsə görə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubova və Konqresin bütün əməkdaşlarına təşəkkürünü bildirdi. Sonda qonaqlar furşet masasına dəvət olundu.

İndi isə mərasim iştirakçılarının siyahısını təqdim edirik:

Gürcüstan Azərbaycanlıları Konqresinin və QafqazTürk Medianın əməkdaşları, Hüseyn Yusubov, Mahir Sədiyev, Aida Əsgərova, Səma Mamedova, Fatma Əliyeva, Gülgün Məmmədxanova, Zabit Mahmudov, Asif Vəliyev, Niyazi Yusubov,Aysun Mamedova,

Tbilisi şəhəri:
Yenidənqurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz” təşkilatının rəhbəri Mübariz Qarayev (anım təşkilat komitəsninin üzvü),
Turqay Vəlizadə – Heydər Əliyev adına Tiflis Dram Teatrının bədii rəhbəri
Leyla Qasımova – Heydər Əliyev adına Tiflis Dram Teatrının aktirası
Leyla Əliyeva – Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət evinin direktoru
Fizuli İsfahanlı – Gürcüstan SSR xalq artisti İbrahim İsfahanlının nəvəsi
Telman İsfahanlı – Heydər Əliyev adına Tiflis Dram Teatrının aktyoru
Fuad İsfahanlı – Heydər Əliyev adına Tiflis Dram Teatrının aktyoru
Xətai Əzizov – “Azərtacın” Gürcüstandakı xüsusi müxbiri

Dmanisi:
Səadət Buta – Xalqın sevimli şairi
Bəsti Məmmədova
Vəli Qaraçaylı – Şair

Bolnisi:
Rəsul Bəxtiyarov – Bolnisi bələdiyyə məclisinin sədr müavini
Mahir Bayramov – Bolnisi bələdiyyə məclisinə Kəpənəkçi kəndindən seçilmiş majoritar deputat
Çingiz Yaqubov – Kəpənikçidə GAK-ın təmsilçisi
Ramiz Bəkirov – iki çağırış Gürcüstan parlamentinin deputatı, anım təşkilat komitəsinin üzvü
Alı Xudiyev – Faxralıda GAK-ın təmsilçisi
Bəhram Mehdi – “Gürcüstan” qəzetinin jurnalisti
İsaxan Güləhmədov – Din xadimi
İlham İsayev – Kəpənəkçi ictima məktəbinin direktoru
Həcər Darvazqızı – El xanəndəsi
Nizami Saraçlı – Şair

Marneuli:
Mahmud Kamaloğlu – Professor
Sərxan Candarlı – El şairi
Nazim Aşırov – Ziyalı
Mirağa Mustafayev – Yazıçı-publisist
Əli Abbas – Yazıçı-publisist
Şamil Ziyadəliyev – ““Gürcüstan” qəzetinin jurnalisti
Ramilə Babakişiyeva – gənc ziyalı
Anna Allahverdiyeva – “GreenWich” Təhsil Mərkəzinin rəhbəri

Rustavi:
Abay Paşayev – Dini Məsələlər üzrə Dövlət Agentliyinin Birinci Sərəcəli Mütəxəsisi
Tengiz
Maya Rəcəbova – “Salam” xeyriyyə cəmiyyətinin rəhbəri

Qardabani:
Lətif Əmhədov – Şair, GAK-ın Təmsilçisi
Yusif Məmmədov – Ziyalı, GAK-ın Kosalı təmsilçisi
Nadir Bayramov – Jurnalist, Gak-ın Nazarlı təmsilçisi
Möylə Sarıvəlli – Ziyalı
Növrəstə Məhərrəm qızı Həsənova – Ziyalı
Mustafa Sədioğlu – Yazıçı
Aygül İsayeva – İqtisadiyyat üzrə fəlsəfə doktoru
Vəli Qarayazılı – Fotoqraf
Hüseyn Məmişov – Ziyalı

Saqareco rayonu Qaraçöp bölgəsi:
Əfqan Yolçuyev – Din xadimi
Lətif Kazımov – Pedaqoq
Rafael Süleymanov – Pedaqoq

Laqodexi rayonu Qabal kəndi:
Mehman Rəsulov – İctimaiyyətçi – ziyalı

Professor Mədəd Çobanovun ailə üzvləri:
Təranə Çobanova – Qızı
Vaqif Bayramov – Kürəkəni
Ofelya Çobanova – Qardaşı qızı
Namiq Çobanov – Qardaşı oğlu

1
0
Sonrakı yazı
Böyük alimin xatirəsi doğulduğu torpaqda,doğma Vətənində anıldı
Öncəki yazı
Böyük alimin xatirəsi doğulduğu torpaqda,doğma Vətənində anıldı – ƏTRAFLI