This is a specific ad

Botanika bağında “Gül sərgisi” keçiriləcək

50

Another advertisement

Oktyabrın 28 və 29-da Gürcüstan Milli Botanika Bağının təşkilatçılığı ilə “Gül sərgisi” keçiriləcək.

QafqazTürk.com xəbər verir ki, sərgidə Milli Botanika Bağının kolleksiyasından xrizantemaların 150-dən çox növü, müxtəlif növ payız gülləri, Tbilisi və regionlardakı tinglik müəssisələrinin məhsulları nümayiş etdiriləcək.

Tədbirdə ziyarətçilər xrizantema və tropik istixana bitkiləri, payız çələngləri və əl işləri almaq imkanı əldə edəcəklər.

“Gül sərgisi”ndə Nino Çakvetadzenin və digər müasir rəssamların tematik rəsmlərinin, epoksi ilə hazırlanmış əl işlərinin, gil heykəltəraşlıq ustad dərslərinin sərgi-satışı da keçiriləcək.

Ziyarətçiləri bitkilər aləmini kəşf etmək və müxtəlif fəaliyyətlərlə məşğul olmaq imkanı verən tədbirdə eko-təhsil proqramları gözləyir.

Milli Botanika Bağında “Gül Sərgisi” ənənəvi olaraq payız dövründə keçirilir və ziyarətçilər hər il yenilənən kolleksiyalara baxmaq imkanı əldə edirlər.

Tədbir 28 və 29 oktyabr tarixlərində saat 12:00-dan 18:00-dək davam edəcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Salome Zurabişvili bu gün müxalif siyasətçilərlə görüşəcək
Öncəki yazı
Ceyhun Bayramov Hakan Fidanla görüşüb