This is a specific ad

İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb

153

Another advertisement

Panama bayrağı altında üzən “Sredina” adlı neft tankerində yaranan nasazlıqla əlaqədar gəmilərin İstanbul boğazından keçidi müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki,  uzunluğu 171 metr olan tanker Rumıniyadan Liviyaya gedərkən İstanbul boğazının şimal girişində mühərrikində yaranan problemə görə dayanıb. Artıq yedək gəmilər dərhal tankerin yanına göndərilib.

Eyni zamanda, “Marinetraffic” gəmi monitorinq xidməti bildirib ki, tanker Rusiyanın Novorossiysk limanından Benqazi istiqamətində hərəkət edirmiş.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstan prezidenti 17 məhkumu əfv edib
Öncəki yazı
Maro Makaşvili- Gürcüstan tarixində milli qəhrəman adına layiq görülən ilk qadındır