Borjomidə məktəblilər telefon üçün qab düzəldiblər

1

Borjomi 1 saylı dövlət məktəbində şagirdlər mobil telefon qutusu düzəldiblər.

QafqazTürk.com xəbər verir ki, ideya 7-ci sinif şagirdlərinə və onların müəllimi Nino Qoqoladzeyə məxsusdur.

Onlar əvvəlcə bu məsələni müzakirə edərək internetdə bir neçə versiyaya baxıblar. Sonra müəllimin də iştirakı ilə qutunun dizaynını, sifarişini veriblər və düzəldiblər.

Qutu bir neçə hissəyə bölünür. Üzərinə hər bir şagirdin adı və soyadı yazılır.

Bu barədə yerli mediaya danışan Nino Qoqoladze bildirib ki, məktəbə gələn hər bir şagird mobil telefonunu hara qoyacağını bilir. Onun sözlərinə görə, ideya uşaqların və onların valideynlərinin dəstəyi ilə həyata keçirilib.

Tələbələr videoçarx da çəkərək qutuya mobil telefonları necə qoyduqlarını paylaşıblar. Zəng çaldıqdan sonra hər bir tələbə adının yazıldığı hissədən öz telefonunu alır.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
საგრანტო კონკურსი მცირე და საშუალო ბიზნესის ხელშეწყობისთვის
Öncəki yazı
ხულოში, ზემო თხილვანაში ზვავმა სახლი წაიღო – დაიღუპა 60 წლამდე ქალი