This is a specific ad

Borel: Gürcüstan hökumətinin qanun layihəsi Aİ dəyərlərinə uyğun gəlmir

39

Another advertisement

Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə Gürcüstandakı vəziyyət müzakirə edilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borelin bəyanatında bildirilib.

Qeyd olunub ki, XİN başçıları Gürcüstanda hakim partiyanın təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsindən narahatlıqlarını ifadə ediblər.

Borel Gürcüstan hökumətinin daha əvvəl bu qanunu geri çəkmək və bir daha parlamentə təqdim etməmək öhdəliyini öz üzərinə götürdüyünü, lakin bunu yerinə yetirmədiyini deyib.

O, qanunun Aİ dəyərlərinə uyğun olmadığını vurğulayıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
ABŞ Dövlət Departamenti: “İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalırlar”
Öncəki yazı
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar