Borçalılıların faciəsi: 1924-cü ilin antisovet üsyanında edam edilən azərbaycanlılar- SİYAHI

80

Gürcüstanda sovet rejiminə qarşı 1924-cü ilin avqust-sentyabr aylarında baş vermiş silahlı üsyanın yatırılmasından 101 il keçir. Uğursuzluqla nəticələnən qiyam zamanı minlərlə insan qətlə yetirilib. Rəsmi məlumatlara görə, təkcə həmin günlərdə 4 minə yaxın şəxs güllələnib.

“Sovet Keçmişinin Araşdırılması Laboratoriyası” adlı qeyri-hökumət təşkilatının təqdim etdiyi siyahıya əsasən, edam edilənlər arasında 10 nəfər azərbaycanlının da adı var:

Mamed Abbas oğlu (Borçalı, kəndli)

Süleyman Haqverdi oğlu (Borçalı, kəndli)

Kiçik Bayramov Əli oğlu (1890, Tiflis – Sirvaşi kəndi)

Cəfər Qəmbər oğlu (Borçalı, kəndli)

Asan (böyük ehtimalla Aslan) Göyüş oğlu (Borçalı)

Osman-Məmməd Rəsul oğlu (Borçalı, kəndli)

Mansir (böyük ehtimalla Mənsur) Usub oğlu (Borçalı, kəndli)

Kərim Qurbanov (1897, Borçalı, keçmiş zadəgan)

Nikoloz Caralov Faremuz oğlu (1898, Borçalı, kəndli)

Rəhim Həsən oğlu (Borçalı, kəndli)

Üsyanda iştirak edən 12 mindən çox şəxs Sibirə, 20 minə yaxın insan isə Mərkəzi Asiyaya sürgün olunub.

Lavrenti Beriyanın rəhbərliyi altında həyata keçirilən repressiyalar gürcü cəmiyyətinə ağır zərbə vurmuş, müstəqillik tərəfdarlarının bir qismi sürgün edilmiş, digərləri isə ölkəni tərk etməyə məcbur olmuşdu. Uğursuz “Avqust üsyanı”ndan sonra Gürcüstanda sovet hakimiyyətinə qarşı böyük miqyaslı silahlı qiyam cəhdləri olmayıb.

Mənbə: Aziz.ge

Sonrakı yazı
Sinoptiklər əhaliyə xəbərdarlıq edirlər
Öncəki yazı
Tramp: “Putinlə danışacağam, çox yaxşı dialoqumuz var”