Biz, QafqazTürk Media olaraq AZAL- da olan bilet qiymətləri barədə araşdırma etdik.
Əldə etdiyimiz məlumata əsasən, Tbilisidən-Bakıya olan bilet qiyməti 1800 lari, Tbilisi-İstanbul reysi 650 lari, Tbilisi-Moskva 800 lari, Tbilisi-Varşava 1560 lari, Tbilisi-Dubai 550 lari, Tbiliisi- Berlin 1150, Tbilisi- Yerevan 250 lari, Tbilisi-Paris 1050 lari, Tbilisi-Yeni Delhi 800 lari.
Burada ən qeyri-adi və gözəçarpan isə AZAL-ın Tbilisi-Bakı reysi yəni 1800 lari olandır.
İndi isə Bakıdan müxtəlif yerlərə olan bilet qiymətlərini təqdim edirik:
Bakı-Naxçıvan reysinin bilet qiyməti 60 manat, yəni 95 laridir. ( Stabil, dəyişməyən 60 manat)
Bakı-İstanbul 1342 lari, Bakı-Moskva 4620 lari, Bakı-Berlin 6867 lari, Bakı-Paris 2032 lari, Bakı- Yeni Delhi isə 595 laridir.
Sərhəd mütləq hava yolu ilə keçilməlidirsə, Qazax və ya Gəncə havalimanları də istifadə edilə bilər. Niyə məhz Bakı?
Niyə Fransız, Alman bizdən dəyərli olub?
Niyə onlar bizdən dəfələrlə ucuz qiymətə Bakıya uça bilirlər?
Naxçıvanlılar qardaş, borçalılar düşməndirmi?
Nədir bizim günahımız?
Oğullarımızın Azərbaycan uğrunda müharibədə iştirak etməsi yoxsa Qarabağ uğrunda şəhidlər verməyimiz?
O da məlumdur ki, Azərbaycanın müzəffər prezidenti, Qarabağın Fatehi hörmətli İlham Əliyevin bu rəqəmlərdən, yəni borçalılara olan bu zülmlərdən xəbərinin olmaması mümkün deyil.
Vəziyyətdən çıxışı yalnız AZAL-ı beynəlxalq məhkəməyə verməkdə görürük. Məsələnin hüquqi tərəflərini araşdırırıq.
İzləmədə qalın…