Bolqarıstanın xarici işlər naziri – Gürcüstan Avropa İttifaqına inteqrasiya yolunda…

1

“Gürcüstan Avropa İttifaqına inteqrasiya yolunda mühüm irəliləyişə nail olub, bu tərəqqinin tezliklə Avropa Komissiyasının hesabatında öz əksini tapacağına dair gözləntimiz var”

QafqazTürk.com xəbər verir ki,bu barədə Bolqarıstanın vitse baş naziri, xarici işlər naziri Mariya Qabriel Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşdən sonra danışıb.

Mariya Qabriel Bolqarıstanın Gürcüstanın Avropa və Avro-Atlantik gələcəyinin qəti tərəfdarı olduğunu bildirib.

“Avropa İttifaqının 2022-ci ilin iyununda Gürcüstana Avropa perspektivinin verilməsi ilə bağlı qəbul etdiyi qərarı təsdiq etmək istərdim. Gürcüstan Avropa İttifaqına inteqrasiya yolunda mühüm irəliləyişə nail olub, bu tərəqqinin tezliklə Avropa Komissiyasının hesabatında öz əksini tapacağına dair gözləntimiz var. İntensiv dialoq səviyyəsini qoruyub saxlamaq və Gürcüstanın Avropa perspektivi ilə bağlı Bolqarıstanın mövqeyini Avropa İttifaqının digər üzv dövlətləri ilə paylaşmaq mühümdür.

Gürcüstan və Bolqarıstanın ortaq marağının olması toxunduğumuz başqa bir məsələdir, bu əlaqələndiricilikdir. Biz iqtisadiyyat, infrastruktur, enerji, yüksək texnologiyalar, innovasiya və təhsil, mədəniyyət sahələrində əməkdaşlığı davam etdirəcəyik. Nazir Darçiaşviliyə səfərinə görə təşəkkür etmək, Bolqarıstan hökumətinin qəti dəstəyini təsdiqləmək və Gürcüstan hökumətini ölkənin səylərinin tezliklə tanınması üçün zəruri islahatları davam etdirməyə çağırmaq istərdim. Gürcü xalqına Avropaya inteqrasiya yolunda uğurlar arzulayıram. Mən bir daha Bolqarıstanın Gürcüstanın Avropa və Avro-Atlantik gələcəyinə qəti dəstəyini xüsusilə vurğulamaq istərdim”-deyə Mariya Qabriel bildirib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
14 yaşlı qızın qətli ilə bağlı daha iki nəfər saxlanılıb
Öncəki yazı
HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı ölüb, 8-i itkin düşüb