This is a specific ad

Bolqarıstanda qasırğadan iki nəfər ölüb

54

Another advertisement

Bolqarıstanda yağıntılarla müşayiət olunan qasırğa iki nəfərin ölümünə səbəb olub.

Qafqaztürk TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, güclü külək paytaxt Sofiyada ağacı kökündən çıxararaq hərəkətdə olan avtomobilin üzərinə aşıb. Sonucda nəqliyyat vasitəsinin 65 yaşlı sürücüsü həlak olub, onun arvadı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.Varnada isə təbii fəlakət 41 yaşlı qadının həyatına son qoyub. Şəhərdə fövqəladə vəziyyət rejimi elan olunub.

Şəhər və şəhərətrafı ərazilərin sakinlərinə küçəyə çıxmamaq çağırışı edilib. Eyni zamanda, qasırğa səbəbindən Varnanın limanı da qapalıdır.Mürəkkəb meteovəziyyət Balkan ölkəsinin bütün Qara dəniz sahili boyu müşahidə olunur. Sözügedən bölgədə narıncı kodlu təhlükə elan olunub.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Qırğızıstanda Çingiz Aytmatovun anadan olmasının 95 illik yubileyi qeyd olunur
Öncəki yazı
Türkiyə MN: Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib