Bolnisidə Parlaq Gələcək Gənclər Mərkəzi, Vətəndaş Bərabərliyi Platforması Mərkəzi və Simart platformasının birgə təşkilatçılığı ilə “Nağıl Saatı” adlı rəngarəng və maarifləndirici tədbir keçirilib.
Tədbir çərçivəsində uşaqlara Simart tərəfindən hazırlanmış “Məstan pişik” adlı animasiyalı video nümayiş etdirilib. Rəngarəng qrafika və maraqlı süjet balaca izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Daha sonra keçirilən sual-cavab sessiyasında uşaqlar izlədikləri video ilə bağlı fikirlərini bölüşdülər, aktiv iştirak göstərdilər və öz baxış bucaqlarını ifadə ediblər.
Tədbirin sonunda uşaqlara kitablar hədiyyə olunub. Bu, onlar üçün sevinc dolu və unudulmaz bir an yaşadıb.
Tədbirin sonunda uşaqlar birlikdə mərkəzin həyətindəki heyvanlara yemək verdilər. Bu kiçik, lakin mənalı addım onlarda sevgi və qayğı hissini daha da artırıb.
Bu cür görüşlər uşaqların oxuma marağını, yaradıcılıq qabiliyyətini və empatiya bacarıqlarını inkişaf etdirmək baxımından mühüm rol oynayır.