Bolnisidə könüllülük əsasında fəaliyyət göstərən AHƏNG təşəbbüs qrupunun təqdimat görüşü keçirilib – DAHA ƏTRAFLI

109

 

9 sentyabr 2025-ci ildə Kvemo Bolnisidə könüllülük əsasında fəaliyyət göstərən AHƏNG təşəbbüs qrupunun təqdimat görüşü keçirilib.

Cəmi iki ay əvvəl yaradılan AHƏNG qısa müddətdə bölgə gənclərinin maraq mərkəzinə çevrilib. Görüşdə təşəbbüs qrupunun beş klubu – Texnologiya, İdman, Təbiət, İncəsənət və Əyləncə – gələcək planlarını iştirakçılarla bölüşüb.

Tədbirdə ziyalılar, kənd sakinləri, müəllimlər və müxtəlif sahələrdən insanlar iştirak edərək gənclərin təşəbbüslərinə dəstək göstəriblər. İştirakçılar həm yeni ideyaları dinləyib, həm də öz təkliflərini irəli sürüblər.

AHƏNG-in əsas məqsədi gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, sosial həmrəyliyi gücləndirmək və bölgədə öyrənmə, əməkdaşlıq və asudə vaxt imkanları yaratmaqdır.

Bildirmək istəyirik ki, “Ahəng” Təşəbbüs qrupu Bolnisi bələdiyyəsinin fəal gəncləri tərəfindən yaradılıb. Klubun direktor Dinar Əhmədov, koordinatoru isə Samaya Ruqayevadır. Ahəng təşəbbüs qrupu klubu gənclərin inkişafına dəstək üçün 5 istiqamət üzrə fəaliyyət göstərirlər. Hər bir klubun öz gənc rəhbərləri var.

Təbiət və Ekologiya Klubu (rəhbər: Gülçin Quliyeva) – gənclərdə ekoloji düşüncəni gücləndirir, təbiəti qorumaq üçün layihələr həyata keçirir.

İncəsənət və Yaradıcılıq Klubu (rəhbər: Qurban Qasımov) – gənclərin yaradıcılıq imkanlarını üzə çıxarır, mədəni tədbirlər təşkil edir.

Texnologiya Klubu (rəhbər: Elif Xəlilova) – rəqəmsal bacarıqların artırılması və innovasiyaların təşviqinə xidmət edir.

Əyləncə Klubu (rəhbər: Cansu Zərgərova) – gənclərin asudə vaxtını səmərəli təşkil edir, sosial əlaqələri möhkəmləndirir.

İdman Klubu (rəhbər: Xəyal Quliyev) – sağlam həyat tərzini təşviq edir, idman yarışları vasitəsilə gəncləri bir araya gətirir.

AHƏNG yaxın aylarda müxtəlif layihə və tədbirlərlə daha çox gənci bir araya gətirməyi və onların ideyalarını reallaşdırmağı qarşısına məqsəd qoyub. Qeyd edək ki, tədbir Spero Bakery, Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Medianın əməkdaşlığı ilə baş tutub. Sonda birlik və həmrəyliyin rəmzi olaraq tort kəsimi həyata keçirilib, iştirakçılar qeyri-rəsmi söhbətlərlə günü tamamlayıblar.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
11 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
“Tbilisoba” nın keçiriləcəyi tarix məlumdur