Bolnisidə İlk və Ən Böyük Azərbaycandilli Kitab Evi – Parlaq Gələcək Gənclər Mərkəzində

37

Bolnisidə İlk və Ən Böyük Azərbaycandilli Kitab Evi – Parlaq Gələcək Gənclər Mərkəzində

Bolnisi bələdiyyəsində fəaliyyət göstərən Parlaq Gələcək Gənclər Mərkəzi nəzdində yaradılmış ilk və ən böyük azərbaycandilli kitab evi artıq bir ildir ki, bölgə gənclərinə xidmət göstərir. Bu kitab evi yüzlərlə gəncə müxtəlif mövzularda faydalı və maraqlı ədəbiyyatla tanış olmaq fürsəti yaradıb.

Hazırda kitab evində 5000-ə yaxın kitab mövcuddur. Yenilənmiş və səliqəli rəflər sayəsində bu kitablar oxucular üçün daha əlçatan və rahat şəkildə təqdim olunur. Layihənin əsas məqsədi gənclərdə kitaba maraq yaratmaq, oxuma vərdişini gücləndirmək və maariflənməyə dəstək olmaqdır.

Parlaq Gələcək Gənclər Mərkəzi məktəblər və digər təşkilatlarla əməkdaşlığa açıqdır. Onlar müraciət etdikdə, kitablar hədiyyə olaraq təqdim olunur – bu isə bölgədə oxu mədəniyyətinin genişlənməsinə töhfə verir.

Mərkəzin komandası inanır ki, birlikdə oxuyan, öyrənən və inkişaf edən cəmiyyət güclü gələcəyin təməlidir. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək və daha çox gəncə kitab sevgisi aşılanacaq.

Kateqoriya: Cəmiyyət, Region, Təhsil
Sonrakı yazı
Milli Ekologiya Agentliyi gözlənilən hava temperaturu ilə bağlı əhaliyə xəbərdarlıq edir
Öncəki yazı
18 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur