Bolnisi bələdiyyəsinin Arakol kəndində 17 yaşlı gənci avtomobil vurub.
Bolnisi bələdiyyəsinin Dzedzvnariani (Arakol) kəndinin mərkəzi hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Əldə olan məlumata görə, yüksək sürətlə hərəkət edən avtomobil, yol kənarında dayanan 17 yaşlı gənci vurub.
Ağır bədən xəsarətləri alan gənc dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.