This is a specific ad

Bolnisidə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

128

Another advertisement

Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə Xocalı qurbanları mərkəzin müəllim və şağird heyəti tərəfindən dərin hüznlə anılıb.

QafqazTürk.com xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qan yaddaşımız-Xocalı” adlı geniştərkibli tədbir başlayıb.

Mərkəzdə tədris olunan Azərbaycan dili və rəsm kurslarının aşağı yaş qruplarında təhsil alan şağirdlərə 32 il əvvəl, 1992-ciil fevralın 25-dən 26-na keçən gecə baş vermiş böyük faciə ilə əlaqədar geniş məlumat verilib, onların sualları cavablandırılıb.

Mərkəzin 100-ə yaxın üzvünün iştirak etdiyi tədbirdə çıxış edən QHİM-in direktoru Rezo Həsənov Xocalı haqqında məlumat verərək bildirib ki, erməni vandaliziminin və vəhşiliyinin qurbanı olan 613 nəfərdən çox dinc, əliyalın Xocalı sakini amınsızlıqla qətlə yetirilib, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Qeyd edilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb, Azərbaycan məxsus olan torpaqlar işğaldan azad edilib. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.

Mərkəzin Azərbaycan dili müəlliməsi Fatma Əliyeva və ingilis dili müəlliməsi Rəqsanə Şıxıyeva çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı bəşəriyyətin gördüyü və şahid olduğu ən amansız faciələrdən biridir. Bu tarixi unutmamaq və unutdurmamaq bütün dünya azərbaycanlılarının mənəvi və vicdani borcudur!

Mərkəzin Azərbaycan dili fənni üzrə şağirdi Lara İsmayılova “Xocalı”, Yusif İsaqov “Xocalı ay Xocalı”, Sənan Turabov isə “Xocalı müsibəti” adlı şeirlər səsləndiriblər, sonda isə “İşgəncələr məbədi-Şuşa həbsxanası” adlı sənədli film nümayiş etdirilib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Müharibənin başa çatması və sülh müqaviləsi Azərbaycanlılara qarşı soyqırımı törədənləri cinayət məsuliyyətindən azad etmir
Öncəki yazı
25-28 fevral tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ