This is a specific ad

Bolnisidə “Sabaoba 2024” xalq festivalı keçirilib

17

Another advertisement

29 iyun tarixində Bolnisi bələdiyyəsinin Darziya kəndində böyük gürcü yazıçısı, alimi və diplomatı Sulxan-Saba Orbelianinin anadan olmasının 366-cı ildönümü ilə əlaqədar  “Sabaoba 2024” xalq  festivalı keçirilib.                              QafqazTürk.com xəbər verir ki, bu barədə meriyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə,  qonaqlar gürcü döyüş sənətinin nümayişinə, eləcə də yerli yaradıcı qrupların iştirakı ilə konsertə qatılmaq imkanı əldə ediblər.                                                                                                                                                                Festival çərçivəsində həmçinin yerli məhsullar və sənətkarların əl işlərinin sərgi-satışı da təşkil olunub.

Bu il Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvilinin təşəbbüsü ilə ənənə halını almış 2023-2024-cü tədris ilinin əlaçı məzunlarına rəmzi hədiyyələr verilib.                                                                                                                                      Bolnisinin tədris resurs mərkəzinin rəhbəri İa Svanidzenin təşəbbüsü ilə xalq müəllimi mükafatına namizədliyi irəli sürülmüş müəllimlər də mükafatlandırılıb.

 

“Bu gün Danziya kəndində “Səbaoba 2024” xalq festivalı geniş miqyasda qeyd olunur. Sulxan-Saba Orbeliani ölkəmizin dövlət, ədəbi və elmi fəaliyyətinə böyük töhfələr vermiş, sayılıb-seçilən və fəxr edən gürcü xadimlərindən biridir.

Qeyd edək ki, bu il “Sabaoba” fərqli formatda, festival şəklində qeyd olunur. Bu ildən əlaçı magistrantların mükafatlandırma mərasimi festivalın tərkib hissəsinə çevriləcək. Bu gün milli müəllim mükafatına namizəd olan müəllimlərə simvolik hədiyyələr verdik. Biz çox fəxr edirik ki, bələdiyyənin bu qədər uğurlu müəllim və tələbələri var.

Bu gün hamınızı təbrik etmək istəyirəm. Arzu edirəm ki, Sabanın xidmətlərini heç vaxt unutmayaq və onun yolunu ləyaqətlə davam etdirək”, – deyə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
მასწავლებელთა შრომის ანაზღაურების ახალი მექანიზმი ამოქმედდება
Öncəki yazı
Türkiyədə 2015-ci ildə terror aktının iştirakçıları ömürlük həbsə məhkum edilib