Another advertisement
Bu gün, saat 12:30 radələrində Bolnisi rayonunun Bala Muğanlı (Parizi) kəndində yol-nəqliyyat hadisəsi baş verib.
QafqazTürk.com-un əldə etdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən minik avtomobili idarə etməni itirərək, piyadanı vurub. Qəza nəticəsində piyadanın dünyasını dəyişdiyi bildirilir.
Marneuli-Bolnisi yolunda bir neçə dəqiqəlik hərəkət də məhdudlaşdırılıb.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları və ekspert kriminalistlər cəlb olunub.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə yol hərəkəti və ya istismar qaydalarınının pozulmasını nəzərdə tutur.Mənbə Radio Marneuli