This is a specific ad

Bolnisi N3 dövlət məktəbinin bərpası layihəsi başa çatır

258

Another advertisement

Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili, Gürcüstan Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin direktor müavini Levan Muşkudiani, Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Qivi Mikanadze və Bolnisi Bələdiyyə Şurası sədrinin birinci müavini Qiorqi Mirianaşvili Bolnisi şəhər 3 saylı dövlət məktəbinin tam bərpa işləri ilə yerində tanış oldu.

QafqazTürk Media xəbər verir ki, layihə çərçivəsində məktəbdə tədris məkanları ilə paralel olaraq elm və kompüter laboratoriyaları, kitabxana, yeməkxana, akt zalı, həkim məntəqəsi, resurs otağı, idman infrastrukturu və istirahət məkanları da təşkil olunub.

Dəyəri 3 milyon lariyə qədər olan işlər tamamlanma mərhələsindədir, bundan sonra agentlik həmçinin məktəbi bütün müvafiq tədris resursları, inventar və avadanlıqla təmin edəcək.

Məktəb fiziki məhdudiyyətli insanlar üçün tam uyğunlaşdırılacaq. Komputer şəbəkələri, yanğın təhlükəsizliyi, istilik, su və elektrik naqilləri sistemləri ilə təmin olunacaq.
İnfrastruktur layihəsinin icrası nəticəsində Bolnisi şəhər 3 saylı dövlət məktəbinin şagirdləri təhsillərini beynəlxalq standartlara cavab verən yeni şəraitdə davam etdirəcəklər.

Qeyd edək ki, 210 şagirdə nəzərdə tutulan məktəbin tam bərpası layihəsi Gürcüstanda qüvvədə olan tikinti və təhlükəsizlik normalarına uyğun olaraq, Avropa standartlarına uyğun ekoloji cəhətdən təmiz materiallardan istifadə edilməklə LSİ-nin Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyi tərəfindən həyata keçirilir.

Kateqoriya: Cəmiyyət, Təhsil
Sonrakı yazı
გაფრთხილება ამინდის შესახებ
Öncəki yazı
ჩვენი გამარჯვებიდან ერთ თვეში, განულდება საპენსიო სესხები, პენსია 1000 ლარამდე გაიზრდება და პენსიონერებს საჭირო მედიკამენტებზე ექნებათ უფასო წვდომა – გიორგი ვაშაძე