This is a specific ad

Bolnisi bələdiyyəsinin Xidiskuri kəndində faşizm üzərində Qələbə günü münasibətilə tədbir keçirilib

20

Another advertisement

9 may tarixində Bolnisi bələdiyyəsinin Xidiskuri kəndində yerləşən “Parlaq Gələcək Gənclər Mərkəzi”ndə faşizm üzərində Qələbə Günü münasibətilə “Unutmayaq ki, undulmayaq” adlı tədbir keçirilmişdir .

QafqazTürk.com xəbər verir ki,tədbir təhsil mərkəzinin təsisçisi və rəhbəri Araz Musayevin təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdur.

Tədbirdə təhsil mərkəzinin gəncləri və müəllimləri iştirak etmişlər.Tədbir iştirakçılarına məruzə edilmiş, sonra müharibə veteranlarının qəbirləri ziyarət olunmuşdur Görüşün keçirilməsində əsas məqsəd gənclərin tarixi yaddaşında iz buraxacaq lazımlı məlumatların onlara çatdırılması olub. Məruzə edənlər Bolnisi Bələdiyyəsinin kəndlərindən olan veteranlar haqqında danışmışlar.

Onlardan biri İslam Şamil oğlu Musayevdir. O, 1921- ci ildə Borçalı mahalının Lüksemburq (Bolnisi) rayonundakı  Sayalıoğlu kəndində anadan olmuşdur. Dövrünün təhsilli insanlarından olan İslam Şamil oğlu eyni zamanda Bolnisidə ilk dünyəvi məktəbin əsasını qoymuş   ziyalı sayılır. Ömrünü savadsızlıqın ləğv edilməsinə,əhalinin maarifləndirilməsinə həsr etmişdir.İslam müəllim müharibəyə könüllü olaraq getmiş, şərəfli döyüş yolu keçmişdir. Qələbə gününü Almaniyada qarşılamışdır. O, 1-ci və 2-ci  dərəcəli Döyüş Söhrəti, „Qızıl Ulduz” ordeni, “Berlinin müdafiəsinə görə”,  “İgidliyə görə” ordenləri ilə təltif olunub. İslam Şamil oğlu 1945-ci ildə vətənə qayıtmış , ömrünün sonuna qədər müəllim kimi çalışmışdır.

Digər veteranımız Məhəmməd Ömər oğlu Məmmədovdur. O , 1920 -ci ildə Bolnisi rayonunun Həsənxocalı kəndində anadan olmuşdur. Məhəmməd Ömər oğlu Belarusiya cəbhəsində vuruşmusdur, göstərdiyi şücaətlərə görə orden və medallarla mükafatlandırılmışdır. Hərbi xidmətə 1939-cu ildən başlayan  Məhəmməd Ömər oğlu müharibədən sonra Pribaltika ölkələrində zabit kimi xidmət etmişdir.

Həm ziyalı, həm də hərbçi olan müharibə veteranımızdan biri də Bayram İbrahim oğlu Bayramovdur. O ,1911 -ci ildə Bolnisi rayonunun Həsənxocalı kəndində anadan olmuşdur. Müharibəyə könüllü olaraq getmiş, bir çox orden və medallarla təltif olunmuşdur. O, 1-ci  dərəcəli Böyük Vətən müharibəsi ordeninə layiq görülüb. Bayram İbrahim oğlu baş leytenant kimi cəbhədən qayıtmış, ömrünün sonuna qədər müəllimlik etmişdir.

“Parlaq Gələcək Gənclər Mərkəzi”ndə təhsil və inkişaf istiqamətində görülən işlərdən biri də gənclərimizin uzaq və yaxın tarixini bilmələri üzərində qurulub. Təhsil və tərbiyənin əsaslarını müəyyən edən və formalaşdıran faktorlardan biri və önəmlisi gənc nəslin öz tarixinə olan hörmətdir.

“Parlaq Gələcək Gənclər Mərkəzi”ndə keçirilən bütün tədbirlərin kökundə gənclərin maarifləndirilməsi, inkişafı və məlumatlandırılması durur.

Ümidvaram ki, bugünkü tədbir gənclərimizin yaddaşında önəmli iz buraxacaq və nəsildən-nəsilə ötürüləcəkdir.

Leyla Yüsifova

Müəllif

 

Veteran İslam Şamil oğlu Musayev

Veteran Bayram İbrahim oğlu Bayramov

Veteran Məhəmməd Ömər oğlu Məmmədov

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ötən gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhinə keçirilən mitinq insidentsiz başa çatıb
Öncəki yazı
Şuşada “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib