Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində şair Binəli Bayramın ilk kitabının təqdimatı və 60 illik yubileyi keçirilib.
Tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutub.
Tədbir Gürcüstan və Azərbaycanın himninin səslənməsi ilə açıq elan edilib.
Tədbiri iki çağırış parlament deputatı olmuş, Gürcüstan Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Ramiz Bəkirov sözlə açıb.
Ramiz Bəkirov hər kəsi salamlayıb və şairi həm kitabının çap olunması, həm də 60 illik yubileyi münasibətilə təbrik edib.
Ramiz Bəkirov sözünü bitirdikdən sonra tədbirin idarəsini Gürcüstan Azərbaycanlıları Konqresinin Kəpənəkçi təmsilçisi Çingizxan Yaqubova təhvil verib.
Tədbirdə Gürcüstan Azərbaycanlıları Konqresi və nümayəndələri, “Könül Köşkü” təşkilatı və üzvləri, Kəpənəkçi elinin şairləri, bölgə ziyalıları və gənclər iştirak ediblər.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxış edərək Kəpənəkçi elinin şairlər şəhəri olduğunu vurğulayıb. O bildirib ki, Gürcüstan Azərbaycanlıları Konqresi həmişə yazıb-yaradan insanların yanında olmağa çalışır.
Sədr həmçinin şairi Gürcüstan Azərbaycanlıları Konqresinin Fəxri Fərmanı ilə təltif edib.
Tədbirdə “Könül Köşkü” təşkilatının rəhbəri Aidə Güllüzar və üzvlər şeirlər səsləndirərək, mahnı ilə çıxış edərək tədbirə rəng qatıblar.
Bununla yanaşı tədbirdə məktəb şagirdləri şeirlər səsləndiriblər.
Tədbirdə aşıq havası səsləndirilib, rəqs edilib.
Şairlər öz yazdıqları şeirləri ilə şair Binəli Bayramın təbrik ediblər.
Tədbir yemək süfrəsi arxasında başa çatıb.



















