Bolnisi bələdiyyəsinin Faxralı kəndində şair Nəbi Faxralı adına Mədəniyyət Mərkəzinin açılış mərasimi baş tutub

136

Bolnisi bələdiyyəsinin Faxralı kəndində şair Nəbi Faxralı adına Mədəniyyət Mərkəzinin açılış mərasimi baş tutub.

Parlament deputatı Davit Şerazadişvili qırmızı lenti kəsərək Mədəniyyət Mərkəzini açıq elan edib və o, şair Nəbi ocağına kitablar hədiyyə edib.

Davit Şerazadişvili çıxış edərək belə bir tədbirdə iştirak etməyin məmnunluq doğurduğunu, hər zaman maddi və mənəvi şəkildə dəstək olmağa hazır olduqlarını bildirib.

Tədbirdə Parlament deputatı Davit Şerazadişvili ilə yanaşı, şair Səadət Buta, İki çağırış Parlament deputatı Ramiz Bəkirov, aşıqlar, müəllimlər, ziyalılar, gənclər və kənd sakinləri iştirak ediblər.

Bolnisi bələdiyyəsinin Faxralı və İmirhəsən kəndləri üzrə icra nümayəndəsi Novruz Ayvazov yeni açılmış Mədəniyyət Mərkəzinin hər kəsin üzünə açıq olduğunu vurğulayaraq, Gürcüstanda və ondan kənarda yaşayan maddi və mənəvi şəkildə dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.

O, həmçinin qeyd edib ki, bu möhtəşəm gün şair Nəbinin Anım Gününə təsadüf edib.

Müəllimlər çıxış edərək şair Nəbinin keçdiyi keşməkeşli həyat yollarından, qazandığı hörmətdən, yazdığı şeirlərin dərinliyindən danışıblar.

Tədbir iştirakçıları həmçinin belə bir mərkəzin yaradılmasının əhəmiyyətindən söz açıblar, bundan sonra bütün mədəni tədbirlərin burada həyata keçiriləcəyini vurğulayıblar.

Sonda isə dəstək olan, ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürlərini çatdırıblar.

Tədbirdə şair Nəbi Faxralının şeirləri səsləndirilib.
Aşıq havaları ifa olunub.

 

 

 

Sonrakı yazı
Azərbaycandan reaksiya: Rusiya ilə bağlı bütün mədəni tədbirlər ləğv edildi
Öncəki yazı
Milli Ekologiya Agentliyi gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb