This is a specific ad

Bolnisi bələdiyyəsində çoxfunksiyalı idman zalı istifadəyə verilib

226

Another advertisement

Bolnisi bələdiyyəsində yeni idman kompleksi inşa edilib. Tamamlanan infrastruktur layihəsini Dövlət Müvəkkili Qiorqi Doxturişvili, Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun icraçı direktoru Davit Tabidze, onun birinci müavini Qiorqi Tsibadze və Bolnisi bələdiyyəsinin meri vəzifəsini icra edən Buba Qobejişvili ilə birlikdə ziyarət ediblər.

QafqazTürk Media xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsinin meriyası məlumat yayıb.

Yeni idman kompleksində basketbol, ​​həndbol və voleybol idman növünə xidmət edəcək çoxməqsədli idman zalı təşkil olunub. Bundan əlavə, binada boks, güləş, ağır atletika, karate və bədən tərbiyəsi üçün zallar fəaliyyət göstərəcək.

Layihə çərçivəsində idman kompleksinin fəaliyyəti üçün zəruri olan bütün lazımi və yardımçı otaqlar da təşkil edilmiş, mərkəzi istilik və soyutma sistemləri quraşdırılmışdır. Kompleksin yaxınlığında açıq dayanacaq təşkil edilib, fənərlər quraşdırılıb. Bina fiziki məhdudiyyətli insanlar üçün tam uyğunlaşdırılıb.
Çoxməqsədli idman zalının tikinti işləri Bələdiyyə İnkişaf Fondu tərəfindən maliyyələşdirilib və onun dəyəri 2 milyon 600 min lari olub.

Kateqoriya: Cəmiyyət, İdman, Region
Sonrakı yazı
„საქართველოში დასმული არასწორი დიაგნოზით ქართველი პაციენტები თურქეთის კლინიკებში ხვდებიან“
Öncəki yazı
სტიქია ფოთში – უამინდობის გამო, სკოლებსა და ბაღებში სასწავლო-სააღმზრდელო პროცესი შეჩერდა