Bolnisi bələdiyyəsində Müdafiə Qüvvələrinə məxsus helikopterlərdən biri qəzaya uğrayıb. Hadisə nəticəsində bir pilot həlak olub.
Qafqaztürk xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Cari il iyulun 2-də aviasiya komponentinin cəlb olunduğu planlaşdırılmış hərbi təlimlərdən birində Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri qəzaya uğrayıb. Su-25 təyyarəsinin qəzaya uğraması nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Qeyd olunan hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq xidmətləri tərəfindən ətraflı araşdırma aparılır. “Müdafiə Nazirliyi faciəvi qəza ilə bağlı dərin hüznlə kədərləndiyini bildirir, həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, – məlumatda deyilir.