• 08 Dekabr 2023 14:12

BMT TŞ-yə sədrlik Rusiyadan İsveçrəyə keçdi

Avatar photo

ByHacı Xəlilzadə

May 2, 2023

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyadan İsveçrəyə keçib.

QafqazTürk.com xəbər verir ki, İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Berisvil təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırıb və may ayı ərzində gündəmdə olacaq əsas müzakirə mövzularını açıqlayıb.

Səfir qeyd edib ki, may ayı ərzində TŞ-də Suriya ilə bağlı müntəzəm görüşlər keçirəcək, Sudan böhranı, Əfqanıstanda cərayan edən hadisələrin müzakirəsi prioritet olacaq.

O, Ukraynadakı vəziyyətlə bağlı xüsusi müzakirələrin gözlənilmədiyini bildirib.

Diplomat ay ərzində TŞ-yə üzv ölkələrin müraciətləri ilə münaqişəli bölgələrlə bağlı fövqəladə iclasların da keçirilə biləcəyini vurğulayıb.

31000cookie-checkBMT TŞ-yə sədrlik Rusiyadan İsveçrəyə keçdi