This is a specific ad

BMT rəsmisi: “İranda bu il 209 nəfər edam edilib”

66

Another advertisement

“İranda bu ilin əvvəlindən hakimiyyət orqanları 209 nəfəri edam edib”.

Qafqaztürk “Reuters”ə istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinq zamanı deyib.

“BMT-nin insan haqları üzrə komissarı Folker Türk bu il İranda edamların sayının qorxulu dərəcədə çox olmasından narahat olduğunu bildirib”, – o söyləyib.

R.Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib.

Hökmlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olub.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Mayın 17-də “Ailə Müqəddəsliyi Gününü” qeyd etmək üçün kilsə yenidən din xadimlərini Rustaveliyə dəvət edir
Öncəki yazı
Ərdoğan: Türkiyədə dövlət qulluqçularının maaşları 45 faiz artırılacaq