• 01 Dekabr 2023 16:26

BMT rəsmisi: “İranda bu il 209 nəfər edam edilib”

Avatar photo

BySalo Salahlı

May 9, 2023

“İranda bu ilin əvvəlindən hakimiyyət orqanları 209 nəfəri edam edib”.

Qafqaztürk “Reuters”ə istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinq zamanı deyib.

“BMT-nin insan haqları üzrə komissarı Folker Türk bu il İranda edamların sayının qorxulu dərəcədə çox olmasından narahat olduğunu bildirib”, – o söyləyib.

R.Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib.

Hökmlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olub.

38780cookie-checkBMT rəsmisi: “İranda bu il 209 nəfər edam edilib”