This is a specific ad

BMT-nin baş katibi BRİKS sammitində iştirak etmək üçün Rusiyaya səfər edib

184

Another advertisement

BMT-nin baş katibi Antonio Quterreş BRİKS sammitində iştirak etmək üçün Kazana səfər edib.

QafqazTürk Media xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Antonio Quterreş arasında görüş keçiriləcək, görüş zamanı Yaxın Şərqdəki böhran və Ukrayna ətrafında vəziyyət müzakirə olunacaq.

Məlumat üçün bildirək ki, dünən Ukrayna Xarici İşlər Nazirliyi Antonio Quterreşin Rusiyaya gözlənilən səfərini tənqid edib və bunun BMT-nin nüfuzuna xələl gətirdiyini bildirib.

“BMT-nin baş katibi Ukraynanın İsveçrədə keçirilən ilk qlobal sülh sammitinə dəvətini rədd etdi, lakin Kazanda hərbi cinayətkar Putinin dəvətini qəbul etdi. Bu, sülhün bərqərar olmasına töhfə verməyən yanlış seçimdir, yalnız Birləşmiş Millətlər Təşkilatının reputasiyasına xələl gətirir”, – agentliyin bəyanatında deyilir.

Kazanda keçirilən BRİKS sammiti bu gün başlayıb və oktyabrın 24-dək davam edəcək. Bu gün sammit çərçivəsində Vladimir Putin İran prezidenti Məsud Pezeşkian və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
“სისხლის არ გვეშინია, მზად ვარ ნებისმიერი მეთოდისთვის” – უკრაინაში მებრძოლი ლადო გამსახურდია „ქართული ოცნების“ გამარჯვების შემთხვევაში რევოლუციით იმუქრება – უკრაინული მედია
Öncəki yazı
DİN seçkilərlə bağlı vətəndaşlara müraciət edir