BMT-dən dünyaya “təcili fəaliyyət” çağırışı: “Qlobal istiləşmə dövrü bitdi, qlobal qaynama dövrü gəldi”

60

Another advertisement

İyulun 27-də BMT-nin qərargahında keçirilən mətbuat konfransında Qutiereş qeyd edib ki, hazırkı vəziyyət proqnozlara və təkrarlanan xəbərdarlıqlara tam uyğundur – “Təəccüblü olan tək şey dəyişikliklərin sürətidir. Bu dəhşətdir və bu hələ başlanğıcdır. Qlobal istiləşmə bitdi, qlobal qaynama dövrü gəldi. Elm adamları üçün birmənalıdır – günahkar insanlardır”.

Bu iyul, artıq iqlim dəyişikliyinin müşahidəsi tarixində ən isti ay kimi qiymətləndirilir.

“İyul bəşər tarixində qeydə alınan ən isti ay olacaq. Bunu öyrənmək üçün ayın sonunu gözləmək lazım deyil. Yaxın günlərdə bütün rekordlar qırılacaq. Bu, artıq gəlmiş-keçmiş ən isti üç həftəlik dövr olub, ilin bu vaxtı üçün ən isti üç gün və ən yüksək okean temperaturu qeydə alınıb”, – deyə BMT-nin baş katibi bildirib.

Antonio Qutiereş təhlükələrə qarşı etinasızlıqdan danışır və beynəlxalq təşkilatları və böyük dövlətləri dünyanın üzləşdiyi ekoloji problemlərin həlli üçün lazım olan maliyyə resurslarının həcmini artırmağa çağırır.

Rekord həddə yüksək temperatur Avropanın müxtəlif ölkələrində meşə yanğınlarına səbəb olub. Son 24 saat ərzində 60-dan çox yeni yanğın ocağının meydana çıxdığı Yunanıstanda fövəladə vəziyyətdir. Volos şəhəri yaxınlığında yanğın meşədən aviabazanın ərazisinə keçib və silah-sursat anbarında partlayışa səbəb olub. Partlayış dalğası qonşu kəndlərə qədər çatıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yunanıstan Yanğından Mühafizə Xidmətinin məlumatına görə, yaxınlıqdakı 12 yaşayış məntəqəsinin sakinləri təxliyə edilib.

Sonrakı yazı
Gürcüstanda zəlzələ baş verib
Öncəki yazı
ABŞ-ın Gürcüstandakı yeni səfiri kimdir? – ƏTRAFLI