BMT Cənubi Avropada səhra təhlükəsi barədə xəbərdarlıq edib

245

Another advertisement

Qlobal istiləşmə zamanı Avropanın cənubundakı ölkələrdə səhralaşma prosesi gedə bilər.

QafqazTürk Media  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin sədri Cim Ski xəbərdarlıq edib.

Cim Ski qeyd edir ki,  bütün Avropa, xüsusən də Aralıq dənizi təhlükədədir:

Biz artıq görürük ki, səhralaşma təkcə Şimali Afrikada deyil, həm də Yunanıstan, Portuqaliya və Türkiyə kimi Avropanın cənub kənarlarında baş verir”.

Onun sözlərinə görə, qlobal istiləşmə zamanı bir çox ölkələrdə isti və rütubətli iqlim yarana bilər ki, bu da bir sıra iqtisadi fəaliyyətlərin aparılmasında çətinliklərə səbəb olacaq.

Ekspertin fikrincə, 2100-cü ilə qədər üç dərəcə Selsi qlobal istiləşmə gözlənilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Hansı vitamin çatışmazlığından əziyyət çəkirsiniz?
Öncəki yazı
ვის შეუძლია დაგროვებული პენსიის სრულად გამოტანა – ნახეთ, დეტალები