This is a specific ad

Bloqer Uça Abaşidze və həyat yoldaşı Mariam Yaşvili barəsində həbs qətimkan tədbiri seçilib

41

Another advertisement

Bloqer Uça Abaşidze və həyat yoldaşı Mariam Yaşvili barəsində həbs qətimkan tədbiri seçilib.

QafqazTürk.com xəbər verir ki, məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib.

İclasda hər iki təqsirləndirilən şəxs iştirak edib. U.Abaşidzenin sözlərinə görə, o, axtarış zamanı alçaldıcı rəftara məruz qalıb.

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbuluna qarşı etiraz aksiyalarında iştirak edən U.Abaşidze mayın 10-na keçən gecə Gürcüstan parlamentinin və Ədliyyə Nazirliyinin saytında kiberhücumla bağlı aparılan axtarış zamanı polis tərəfindən saxlanılıb. Abaşidzenin evində axtariş aparılan zaman oradan silah və sursat tapılıb.

Daxili İşlər Nazirliyi bildirib ki, Uça Abaşidzedən götürülən silah və sursatlar hərbi silahlardır. “Ballistik ekspertizanın nəticələrinə əsasən, götürülmüş silah və döyüş sursatları odlu silah və döyüş sursatı kateqoriyasına aiddir və istifadəyə yararlıdır”, – DİN-dən bildirilib.

Kateqoriya: Cinayət
Sonrakı yazı
“Rus qanununa yox!” adlı aksiyanın təşkilatçıları bu gecə Parlament binasının önündə gecələyəcəklərini elan edib
Öncəki yazı
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək