This is a specific ad

“Bizə parlaq Avropa gələcəyi lazımdır”-İrakli Kobaxidze

258

Another advertisement

“Bizə ölkəmiz üçün parlaq Avropa gələcəyi lazımdır və bu, sabahkı görüşdə əsas mesaj olacaq”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, bir neçə gündən sonra referenduma bərabər olan parlament seçkiləri ölkənin milli maraqlarının qorunması baxımından həlledici gündür.

“Bir neçə gündən sonra parlament seçkiləri keçiriləcək ki, bu da referenduma bərabər seçkilərdir. Biz bir daha bütün ictimaiyyəti bu seçkiyə papaqlı adam kimi çıxmağı xahiş etməliyik, çünki bu, ölkəmizin milli maraqlarının qorunması baxımından həlledici gündür. Bu, bir növ referendumdur, bu, müharibə və sülh haqqındadır, ictimaiyyət sülhü seçməlidir, bu, psevdoliberal təbliğat və ənənəvi dəyərlərlə bağlıdır, ictimaiyyət ənənəvi dəyərləri seçməlidir. Söhbət bir tərəfdən ölkəmizə daim nifrət səpməyə çalışmaqdan, digər tərəfdən ölkəmizin bu illər ərzində tanıdığı imicini bərpa etməyə çalışmaqdan gedir. Bir-birimizə məhəbbət həmişə cəmiyyətimiz üçün xarakterik olub və burada süni şəkildə kimlərsə, o cümlədən kənardan maliyyə vəsaiti hesabına nifrət toxumu səpməyə çalışırlar və cəmiyyət buna oktyabrın 26-da cavab verməlidir.

Müxalifətdə hansı simaların təmsil olunduğunu görə bilərsiniz – Saakaşvilinin “Milli Hərəkat” partiyası, burada Qvaramiyanın partiyası var, təsəvvür edin, hansı simalardan danışırıq. “Milli Hərəkat”la birbaşa biznes reketində əli olan  Xazaradze. Qaxariyanın cinayətlərindən də danışdıq. Ölkəmiz bu qaranlıq keçmişə qayıda bilməz. Bizə ölkəmiz üçün parlaq Avropa gələcəyi lazımdır və bu, sabahkı görüşdə əsas mesaj olacaq”, –  deyə baş nazir vurğulayıb.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
“Seçkinin sonrakı günü çox sakit keçəcək”-Bidzina İvanişvili
Öncəki yazı
ბატონმა ბიძინა ივანიშვილმა ეკონომიკურ და სოციალურ საკითხებზეც ისაუბრა, ჩვენი დაპირებაა, რომ 130 მლრდ ლარამდე გაიზარდება ქვეყნის ეკონომიკა 4 წელიწადში და ქვეყნის ბიუჯეტი 40 მილიარდ ლარს გადასცდება – ირაკლი კობახიძე