This is a specific ad

“Biz özümüzü müdafiə edəcəyik və Macarıstanın suverenliyi və macar xalqının maraqları üçün mübarizə aparacağıq”-Viktor Orban

216

Another advertisement

“Biz özümüzü müdafiə edəcəyik və Macarıstanın suverenliyi və macar xalqının maraqları üçün mübarizə aparacağıq”.

QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin baş naziri Viktor Orban müsahibəsində deyib.

Macarıstanın baş nazirinin sözlərinə görə, Brüssel Macarıstanda öz siyasətini həyata keçirəcək hökumətin qurulması üzərində işləyir.

“Onlar biz macarları Brüssel hökumətinin tərəfinə çəkmək istəyirlər, lakin bu, Macarıstanın maraqlarına ziddir. Bunu xoş sözlərlə etmək mümkün olmasa, siyasi mübarizəyə gəlib çıxacaq”- deyə nazir qeyd edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Xalq Partiyasının sədri Manfred Veber kimi liderlər Macarıstanda hökuməti dəyişmək istəyirlər”, – Baş nazir Orban deyib.

Kateqoriya: Cəmiyyət, Dünya, Siyasət
Sonrakı yazı
ყველა საბოლოოდ დარწმუნდა, რომ ქართული სახელმწიფო არის ძლიერი, როგორც არასდროს და ვერავითარი შანტაჟით ვერავინ შეარყევს ჩვენი სახელმწიფოს სიმტკიცეს – ირაკლი კობახიძე
Öncəki yazı
“Rusiya Federasiyası ABŞ-la müharibə haqqında düşünmür”-Serqey Lavrov